Nyu-Yorkda bıçaqlı hücuma məruz qalan yazıçı Salman Rüşdinin bir gözü görmür, bir əli işləmir.
Teleqraf.com xəbər verir ki, bu barədə ədibin nümayəndəsi məlumat yayıb.
Qeyd olunur ki, Rüşdi döş qəfəsindən və gövdəsindən təxminən 15-dən çox, boyunundan isə üç bıçaq zərbəsi alıb.
Avqustun 12-də axşam Nyu-York ştatının qərbində təhsil mərkəzində naməlum şəxs Buker mükafatı laureatı Rüşdiyə mühazirədən əvvəl hücum edib. Rüşdi xəstəxanaya yerləşdirilməli olub.
İranın ali dini lideri Ayətullah Xomeynini Salman Rüşdiyə “Şeytan ayələri” kitabına görə ölüm fətvası verib. Bundan sonra yazıçının həyatı təhlükədə olub.