25 İyun 2015 23:15
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) görkəmli rus yazıçı və dramaturqu Nikolay Qoqolun yeni mövsümdə nümayiş olunacaq "Müfəttiş" komediyasının səhnə məşqləri başlanıb.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Mikayıl Mikayılovun quruluş verdiyi tamaşanın premyerası oktyabrda olacaq.

Tamaşada xalq artistləri Rafiq Əzimov, Rafael Dadaşov, Ramiz Novruz, əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Elxan Quliyev, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Rövşən Kərimduxt və başqaları çıxış edirlər.

Rejissor M.Mikayılov əvvəllər ADAMDT-da “Xanuma”, “Şah və şair”, “İlahi oyun” tamaşalarına quruluş verib.


Müəllif:

Oxşar xəbərlər