30 İyun 2015 21:55
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə səyyar kurslara başlanılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin dəstəklənməsi və onlarda peşə səriştəsinin artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar kurslara başlanılıb.

Qeyd olunan kurslarda cəmi 16 rayon və şəhərin - Gəncə, Qəbələ, Lənkəran, Samux, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Ağdaş, Göyçay, İsmayıllı, Ağsu, Lerik, Masallı, Yardımlı və Astara rayonlarının mədəniyyət işçisinin iştirakı nəzərdə tutulub.

Kurslar ilk olaraq bu gün Gəncə şəhərində başlayıb və 50 nəfərdən artıq mədəniyyət işçisi iştirak edib.


Müəllif:

Oxşar xəbərlər