Tanınmış Hollivud aktyoru Ömər Şərif 83 yaşında dünyasını dəyişib.
Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, misirli sənətkar son illərdə Altsheymer xəstəliyindən əziyyət çəkirdi.
Ö.Şərif 10 aprel 1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olub. "Məzəli qız" (1968), "Makkennanın qızılı" (1969), "Çingiz xan" (1965) və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
1962-ci ildə "Oskar" mükafatı alıb.