31 Avqust 2015 16:08
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Habil Əliyevin səhhətində cüzi irəliləyiş var”.

Bu sözləri Teleqraf.com-a xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib:

“Yavaş-yavaş danışmağa başlayıb. Hər kəsi, qızlarımız və nəvələrimizi görən kimi tanıyır. Hələ ki, Habilin yanına başqa adamları buraxmırlar. Həkimlər 24 saat yanındadırlar və yaxşı olması üçün hər şey edirlər. Artıqlaması ilə müalicəni davam etdirirlər. Allahdan ümid kəsilməz və inanıram ki, bu qədər müalicədən sonra yaxşı olar, inşallah. Bu gün mənə deyir ki, yaxşılaşdıqdan sonra, həkimləri və jurnalistləri yığıb qonaqlıq verərik. Habil müəllimə hər zaman hansı qəzet və saytlardan zəng edib səhhəti haqqında maraqlandıqlarınıbildirirəm”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər