“İki gün idi ki, səhhətimə görə Mərkəzi Klinik Xəstəxanasında idim və bir saat əvvəl evə buraxıldım”.
Bu sözləri Teleqraf.com-a xalq şairi Zəlimxan Yaqub bildirdi: “Qəflətən döş qəfəsimdə kəskin ağrılarım oldu və xəstəxanaya getdim. Həkimlər məni çox yaxşı müayinə etdilər və onların sayəsində ağrılarım azaldı. Hazırda müalicə olunuram və həkim nəzarətindəyəm. Oktyabrın 5-də müalicə üçün Alminiyaya gedəcəm”.
Rəqsanə Həsənova