Hazırda əməkdar artist Ələsgər Məmmədoğlu yaşadığı evdən son mənzilə yola salınıb.
Teleqraf.com xəbər verir ki, vida mərasimi aktyorun yaşadığı mənzildə baş tutub. Vida mərasimində aktyorun həmkarları iştirak edib. Onun fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrının rəhbərliyi isə vida mərasiminə qatılmayıb.
Mərasimində Sənubər İsgəndərli, Hicran Hüseynova, Hacı İsmayılov, Əli Nur, Sabir Məmmədov, Füzuli Hüseynov, Rada Nəsibova, Sevil Əliyeva və Kazım Abdullayev və b. iştirak ediblər.
Ə.Məmmədoğlu “Qurd qapısı” qəbristanlığında anansının qəbrinin yanında dəfn edilib.
Rəqsanə