26 Aprel 2016 13:25
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əkrəm Əylislinin özü “Daş yuxular” romanında irəli sürdüyü arqumentləri dağıdıb. Öz yazısı ilə dağıdıb. O əsərdə nifrət və söyüş var. Başqa şey yoxdur. Yazıçılar buna baş qoşmayıblar, yazmayıblar”.

Bunu Xalq şairi Fikrət Qoca Teleqraf.com-a açıqlamasında deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl qalmaqallı əsərin müəllifi - yazıçı Əkrəm Əylisli açıqlamasında bildirib: “Dəhşətlisi budur, 1600 yazıçısı olan ölkədə bir adam tapılmadı ki, “Xocalı mövsümündə” elə bir əsər yazıb mənim əsərimi darmadağın etsin".

Xalq şairi Fikrət Qoca isə hesab edir ki, “Daş yuxular” əsərinin daşı daş üstündə qalmayıb: “Əylis kəndinin 12 kilisəsi olduğuna hansı ağıllı insan inana bilər? Özü də qeyd edir ki, kilisələrin həyətyanı sahəsi, gül-çiçəkləri olub. Onda belə çıxır ki, hər kilsənin 1 hektar ərazisi olub və 12 kilsənin ümumi ərazisi 12 hektardan az olmayıb. Onda belə çıxır ki, kənd elə kilsələrdən ibarət olub? Hansı ağıllı adam buna inanar. Bir azərbaycanlı kəndində bir məscid var. Bu qədər biabırçılıq olar? Ümumiyyətlə, bu adamın tənqidə davamı yoxdur. Necə yəni yazıçılar bu haqda yazmayıblar, onun əsərini darmadağın etməyiblər... Yazıçılar baş qoşmayıblar da. Çünki "Daş yuxular" əsər deyil”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər