"Eurovision 2016" mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Jamala oldu.
Teleqraf.com xəbər verir ki, Jamala "1944" mahnısı ilə müsabiqənin qalibi seçildi. O, 534 xalla birincilik əldə etdi.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xal toplayaraq müsabiqədə 14 yeri tutdu. Azərbaycana Rusiya və İsveç 10, Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan, Makedoniya 1, Kipr, Belarus -2 xal, Ukrayna və Macarıstan isə 7 xal verdi. Azərbaycan isə Bolqarıstana 8, Ukraynaya 10, Rusiyaya isə 12 bal verdi.
Jamala müsabiqənin sonunda ona uğur gətirəm mahnını yenidən ifa edib.
Qeyd edək ki, "Eurovision 2016" müsabiqəsində 2-ci yer Avstraliya təmsilçisi Dami İm, 3-cü yerə isə Rusiya təmsilçisi Sergey Lazarev layiq görüldü.
01.15
İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision 2016" mahnı müsabiqəsində səs vermə başlayıb.
Teleqraf.com xəbər verir ki, müsabiqənin finalında Səmra Rəhimli "Miracle" mahnısı ilə dördüncə sırada səhnəyə çıxıb.
23.05
İsveçin paytaxtı Stokholmda keçirilən 61-ci "Eurovision 2016" mahnı müsabiqəsinin final mərhələsi başladı.
Teleqraf.com xəbər verir ki, "Eurovision 2016" müsabiqəsi İTV-də canlı yayımlanır.
Müsabiqənin finalında 26 ölkə - Belçika, Çexiya, Hollandiya, Azərbaycan, Macarıstan, İtaliya, İsrail, Bolqarıstan, İsveç, Almaniya, Fransa, Polşa, Avstraliya, Kipr, Serbiya, Litva, Xorvatiya, Rusiya, İspaniya, Latviya, Ukrayna, Malta, Gürcüstan, Avstriya, Birləşmiş Krallıq, Ermənistan mübarizə aparır.
Təmsilçimiz Səmra Rəhimli səhnəyə "Miracle" mahnısı ilə dördüncü çıxacaq.
Qeyd edək ki, müsabiqəyə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və
Böyük Britaniya finala bir başa vəsiqə qazanan ölkələrdir.
Bildirək ki, müsabiqənin aparıcıları Petra Mede və "Eurovision 2015"in qalibi Mans Zelmerloudur.
Rəqsanə