İyunun 3-də Lənkəran şəhərində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş velosiped yürüşü keçirilib.
Yürüşdə 15 yaşından 60 yaşına kimi 90-a yaxın peşəkar və həvəskar idmançı iştirak edib. Yarışın keçirilməsində məqsəd gənclərin idmana olan marağını artırmaq və ölkəmizdə keçirilən birinci Avropa Oyunlarına dəstək olmaqdır.
Velosiped yürüşü səhər saatlarında şəhərin Bayraq Meydanından start götürüb. Səkkiz kilometr məsafəni başa vuran yürüş iştirakçıları Heydər Əliyev Parkında alqışlarla qarşılanıblar.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, birinci Avropa Oyunlarının sonunadək rayonda idmanın müxtəlif növləri üzrə yarışlar keçiriləcək.
Yürüşün sonunda həvəskar idmançılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.