4 İyun 2015 17:40
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası “Bakı-2015”in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib.

Teleqraf.com xəbər verir ki, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.

Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.

Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.

Samir


Müəllif: