“Neurope.eu” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Oyunlar haqqında geniş məlumat verilir, 6 mindən artıq idmançının qatılacağı yarışları 2 mindən artıq yerli və xarici jurnalistin işıqlandıracağı qeyd edilir.
İyunun 12-dən 28-dək keçiriləcək Oyunların azarkeşlərə böyük həyəcan yaşadacağının qeyd olunduğu yazıda Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri barədə məlumat verilir.
Məqalədə qeyd edilir ki, “Bakı-2015” ilk Avropa Oyunları idmançılara 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.
Yazının sonunda ikinci Avropa Oyunlarının Niderlandda keçiriləcəyi diqqətə çatdırılır.