“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli paytaxt Bakıdadır.
Teleqraf.com xəbər verir ki, məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəliblər.
Neftçi Nahid Nuriyevdən məşəli qəbul edən dövlət başçısı onu Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.
Daha sonra məşəlin Bakı estafeti başlayıb. Məşəl marafonunda ölkə başçısının ailə üzvləri də iştirak edib. Yürüşə birinci xanım Mehriban Əliyeva, prezidentin qızları Leyla və Arzu Əliyevalar və oğlu Heydər Əliyev qatılıb.
Teleqraf.com mərasimdən fotoları təqdim edir: