12 İyun 2015 14:11
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Askanews” xəbər saytında “Azərbaycan Avropa Oyunlarına hazırdır” sərlövhəli məqalə və reportaj yerləşdirilib.

Diqqətə çatdırılır ki, Azərbaycanın paytaxtı Bakı Avropa Oyunlarının başlanmasına tam hazırdır. Köhnə qitənin bu yarışları Olimpiya Oyunları səviyyəsində təşkil olunur.

Yazıda “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb: “Azərbaycan çox dinamik bir ölkədir. Adətən bu miqyasda idman yarışlarının hazırlanması üçün uzun illər lazım olur. Azərbaycan cəmi 30 ay ərzində bunun öhdəsindən gələ bildi. Əminəm ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə hədəfimizə nail olacağıq. Şübhəsiz, bu tədbir indiyədək keçirilmiş ən önəmli idman tədbirlərindən biridir”.

Məqalədə “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı da ətraflı məlumat verilir.


Müəllif: