14 İyun 2015 23:19
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarının qalibi olduğuma görə çox xoşbəxtəm. Yığmamızın aktivinə qızıl medal yazdırdığım üçün böyük qürur hissi keçirirəm.

Bu sözləri birinci Avropa Oyunlarının qadınlar arasında 68 kiloqram çəki dərəcəsində kumite üzrə çempionu İrina Zaretska AZƏRTAC-a müsahibəsində deyib.

İ.Zaretska finalda güclü rəqibini çox böyük hesab fərqi ilə (8:1) məğlubiyyətə uğratmasının səbəbi barədə sualı cavablandırarkən azarkeşlərin hərarətli dəstəyini xüsusi vurğulayıb. O deyib: “Avstriyalı rəqibimlə əvvəllər də bir neçə görüş keçirmişdim. Təəssüf ki, bu görüşlərin çoxunda qələbə Alisa Tereza Buhingerə nəsib olub. Amma bu dəfə bütün gücümü toplayıb final mərhələsinə kökləndim. Azarkeşlərin hərarətli dəstəyi uğur qazanmaq üçün mənə əlavə güc verdi”.


Müəllif:

Oxşar xəbərlər