16 İyun 2015 12:49
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 iyunda Bakıda Milli Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi təkcə ölkəmizdə deyil, bütün dünyada böyük əks-səda doğurub. Bu tədbir öz milliliyi ilə, eyni zamanda müasirliyi və qeyri-adiliyi ilə 100 milyonlarla tamaşaçını heyran qoydu. Azərbaycan müstəqilliyinin 24 ili ərzində bütün sahələrdə əldə etdiyi naliyyətləri bu açlış mərasimi ilə bir daha bütün dünyaya təqdim etdi.

Bunu Trend-ə millət vəkili Rauf Əliyev ilk Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

R.Əliyev qeyd edib ki, son vaxtlar Azərbaycana qarşı haqsız olaraq aparılan qarayaxma kampaniyalarına bu, ən tutarlı cavab oldu: "Artıq onların da deməyə sözləri qalmadı. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ümumi rəhbərliyi ilə, Mehriban xanım Əliyevanın sədrlik etdiyi “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən böyük dövlətlərin 6-7 il ərzində həyata keçirdikləri hazırlıq işləri cəmi 2.5 il ərzində ən yüksək səviyyədə yerinə yetirildi. Bütün idman obyektləri, ümumilikdə Oyunların keçirilməsi ilə bağlı bütün infrastruktur çox yüksək səviyyədə yaradılıb. Artıq “Avropa Oyunları”nın Azərbaycan standartları müəyyənləşdirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan həqiqətən idman ölkəsinə çevrilib. Azərbaycanda bütün beynəlxalq səviyyəli idman tədbirlərinin yüksək səviyyədə keçrilməsi üçün hər bir şərait yaradılıb".

Millət vəkili bildirib ki, bu tədbirlərdə iştirak edən idmançılar, qonaqlar dünyanın müxtəlif dövlətlərini təmsil edən dövlət və hökümət başçıları, sıravi tamaşaçılar gördüklərinə heyran qalıblar: "Azərbaycan müstəqillik tarixinin ən mühüm günlərindən birini yaşadı. Ən başlıcası odur ki, tədbirin belə bir möhtəşəm səviyyədə keçirilməsi Azərbaycan xalqını daha da ruhlandırdı, xalqa yeni bir güc verdi. Harada olursa-olsun, kimliyindən asılı olmayaraq, insanlar ancaq bu möhtəşəm tədbirdən danışır, bir-birini təbrik edirlər. Bir neçə gündür ki, Oyunlar başlayıb. İdmançılarımız da bu bayram əhval-ruhiyyəsini böyük coşqu ilə davam etdirirlər. Hər gün idmançılarımızdan qələbə xəbərlərini eşidirik. İnanırıq ki, Avropa Oyunlarında Azərbaycan ilk yerlərdən birini tutacaq. Bütün bu naliyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin uzaq görən, hərtərəfli düşünülmüş, hər zaman Azərbaycanın milli maraqlarına cavab verən siyasətinin nəticəsində əldə olunub. Artıq dünyada inkişafın “Azərbaycan modeli” öz yerini tutmaqdadır. Azərbaycan öz seçdiyi müstəqillik yolunu uğurla davam etdirərək yeni-yeni zəfərlərə nail olacaq. Məqsəd Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasıdır. Yaxın zamanlarda Azərbaycan buna da nail olacaq".


Müəllif:

Oxşar xəbərlər