17 İyun 2015 00:22
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı 2015” Birinci Avropa Oyunlarında kişilər arasında voleybol yarışlarında günün son qarşılaşması Azərbaycan və Serbiya kollektivi arasında keçirilib.

Teleqraf.com xəbər verir ki, oyunun birinci hakimi Belarusdan olan Aleksandr Piasetski, ikinci hakimi rusiyalı Olqa Zaxarova olub. Birinci setin ilk texniki fasiləsinə Azərbaycan üstün yollanıb: 8-7. İkinci texniki fasiləyə sebrlər 16:14 hesabı ilə irəlidə ayrılıb. İlk setin son nəticəsinə görə serblər 1-0 irəlidə olub: 25-22.

İkinci hissənin ilk texniki fasiləsinə komandamız məğlub durumda yollanıb: 7-8. Serbiya kollektivi ikinci texniki fasiləyə də üstün ayrılıb: 16-10. Bu hissədə də qalib Serbiya komandası oldu: 25-18.

Üçüncü hissənin ilk texniki fasiləsinə serblər üstün yollanıb: 8-2. Bu setin ikinci texniki fasiləsinə də Azərbaycan voleybolçuları geridə ayrılıb: 11-16. Son nəticədə Serbiya yığması oyunu qalibiyyətlə başa vurub: 25-19.


Müəllif:

Oxşar xəbərlər