Azərbaycanı 56 kq çəki dərəcəsində təmsil edən boksçu Tayfur Əliyev danimarkalı rəqibi üzərində qazandığı qələbədən sonra öz təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, birinci döyüşündə çox səhv etdiyini deyən təmsilçimiz bu dəfə daha yaxşı vuruşduğunu bildirdi:
"Birinci görüşdən sonra demişdim ki, çıxışımdan razı qalmadım. Həmin döyüşün videoyazısına çox baxdım və etdiyim səhvlər üzərində 2 gün də olsa işləməyə başladım. Bunun nəticəsidir ki, bu gün qalib gəlib yarımfinala çıxdım".
Artıq ən azı bürünc mükafatı təmin edən gənc idmançı yalnız qızıl medal üçün mübarizə apardığını deyib: "Bu gün də bəzi səhvlərim oldu. Çalışacam ki, yarımfinalda bu səhvləri təkrar etməyim. Yarımfinalda rəqibimin kim olmasından asılı olmayaraq qələbə qazanacağıma inanıram. Avropa Oyunlarında yalnız çempionluq döyüşəcəm".
Uğur