26 İyun 2015 18:10
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Trend-in məlumatına görə, mərasimdə iştirak edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, “Neftçi” idman klubunun prezidenti Sadıx Sadıxov və Azərbaycanın Olimpiya çempionları Fərid Mansurov mükafat qazanan idmançıları təbrik edib və onlara xatirə hədiyyələri təqdim ediblər.

Ötən gün Azərbaycan idmançıları 6 medal qazanıblar – qızıl mükafatçı Teymur Məmmədov (boks, 81 kq), gümüş mükafatçılar Sevil Bünyadova (sablyada qılıncoynatma) və Orxan Səfərov (cüdo, -60 kq), bürünc mükafatçılar Sevinc Bünyadova (qılıncoynatma, sablya) və Məhəmmədrəsul Məcidov (boks, +91 kq).

İdmançılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.

Ç.Hüseynzadə iyunun 26-da Azərbaycan Silahlı Qüvvələr Gününün qeyd olunduğunu bildirib, hamını bu münasibətilə təbrik edib və idmançılara beynəlxalq arenalarda uğurlar arzulayıb.


Müəllif:

Oxşar xəbərlər