Qazaxıstan Müsəlmanları İttifaqı və Mərkəzi Asiyada İnsan Hüquqları üzrə Müsəlman Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, birgə müraciətdə olimpiya oyunlarını 2024-cü ilə qədər dondurmaq təklif olunur.
Müsəlman hüquq müdafiəçiləri hesab edirlər ki, hazırda olimpiya oyunlarının nüfuzu aşağı düşüb, bu səbəbdən oyunlara ara verib hadisələri araşdırmaq və tədbir görmək lazımdır.
Müraciətdə idman yarışını sərt siyasi rəqabətin əvəzlədiyi, BOK-un korrupsiyaya uğradığı vurğulanır. İnsan sağlamlığına ciddi təhlükə yaradan dopinqin olimpiya oyunlarında geniş yayıldığı təəssüflə qeyd edilir.
Mahir