Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi Qəzza sekorunda hərbi əməliyyatların keçirilməsini dəstəkləyən İsrail şirkətlərini boykot etməyə çağırıb.
Onun sözlərinə görə, İsraildə elə şirkətlər var ki, onlar Qəzzaya hücumu dəstəkləmirlər və onlara qarşı boykot tətbiq etmək doğru olmazdı.
Bir az əvvəl xəbər verilmişdi ki, Türkiyənin qeyri-hökumət təşkilatları (QHT) Qəzzaa sekorunda hərbi əməliyyatların keçirilməsinə cavab olaraq İsrail şirkətlərini boykot etməyə çağırıb.
Dünən Türkiyə regiondakı qeyri-sabit vəziyyətlə əlaqədar İsrailə bütün aviareysləri dayandırıb.
Bundan öncə ABŞ-ın Delta, US Airways və United Airlines, Fransanın Air France, Avstriyanın Austrian Airlines, İsveçrənin Swiss Airlines, Almaniyanın Lufthansa (36 saat ərzində İsraildə bütün uçuşlar ləğv edilmiş) şirkətləri İsrailə öz təyyarələrinin uçuşlarını dayandırıblar. Hollandiyanın KLM aviaşirkəti vəziyyəti hər gün izləyəcəyini vəd edərək çərşənbə axşamı Amsterdam-Təl-Əviv reysini təxirə salıb.
İyulun 7-dən həyata keçirilən "Sarsılmaz qaya" əməliyyatı zamanı 800-dən artıq dinc sakin qətlə yetirilib ki, onların arasında qadınlar və uşaqlar da var.
Xəbər verilir ki, hərbi əməliyyat zamanı İsrail ordusu 45 hərbçisini itirib.
/trend/