Türkiyənin Bartın vilayətində taxtadan tikilmiş otel yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "İHA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, 40 qonaq üçün nəzərdə tutulmuş otel dağlıq ərazidə yerləşirdi. Yanğınsöndürənlər alov otelin ətrafındakı meşəyə keçməzdən əvvəl söndürüblər. Mövcud məlumata görə, 13 otaqdan 11-i tamamilə dağılıb, bir neçə nəfər dəm qazından zəhərlənib.
Otel sahibinin sözlərinə görə, yanğının mümkün səbəbi elektrik naqillərində qısaqapanma və ya qızdırıcının nasazlığı olub.