İsrail əsgərinin sosial mediada fələstinli bir uşağı nişan aldığı anın fotoşəklini paylaşması etirazlara səbəb olub.
İnstaqramda İsrail əsgərinin paylaşdığı şəkildə snayper tüfəngi ilə 8-10 yaşlı uşağı necə nişan aldığı açıq-aşkar əks olunub.
Xatırladaq ki, iyunun 7-dən bu günə qədər Qəzza bölgəsində İsrail hücumları nəticəsində 636 nəfər həlak olub, 4 mindən çox fələstinli yaralanıb.
/axar.az/