14:37
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Rusiya mart ayına qədər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalamaq barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

“Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində ən mühüm məsələ dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisidir. Rusiya nəqliyyat naziri və iranlı həmkarı son üç ayda bu layihə ilə bağlı bir neçə dəfə məsləhətləşmələr aparıb, müsbət razılaşmalar əldə edilib. Nazirlərimiz bu ilin mart ayına qədər bu layihənin həyata keçirilməsinə dair icra müqaviləsi imzalamaq barədə razılığa gəliblər”, - diplomat qeyd edib.

Cəlali ümidvar olduğunu bildirib ki, bu layihənin həyata keçirilməsi üçün ilk praktiki addımlar imzalanandan sonra dərhal atılacaq.

Şimal-Cənub nəqliyyat dəhlizi Sankt-Peterburqdan (Rusiya) Mumbay limanına (Hindistan) qədər uzunluğu 7.2 min kilometr olan multimodal marşrutdur. Dəhliz Azərbaycan üzərindən keçir.

Astara-Rəşt xətti də Rusiya, Azərbaycan və İran dəmir yollarını birləşdirəcək Şimal-Cənub istiqamətində beynəlxalq nəqliyyat layihəsinə aid dəhlizdir. Bu dəmir yolu Azərbaycanın Astara rayonu ilə İranın Astara şəhəri arasındakı xətlə birləşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər