10:48
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya keçid hökumətinin rəhbəri Əhməd Şəra “Suriya Demokratik Qüvvələri” ilə danışıqların aparıldığını, amma fikir ayrılıqlarının olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, məqsədlərinin bütün ölkənin birləşdirilməsi olduğunu deyib.

“Suriyanın şimal-şərqindəki problemin həlli üçün SDQ ilə danışıqlar aparılır. SDQ silahların yalnız dövlətin əlində olmalı olduğunu qəbul etməyə hazır olduğunu nümayiş etdirdi, amma bəzi detallarda fikir ayrılıqları var”, - Şəra bildirib.

Suriya lideri bütün suriyalılar üçün vahid milli ordu yaratmağa çalışdıqlarını söyləyib.

Xatırladaq ki, Suriya lideri bundan əvvəl ölkədəki bütün silahlı qruplaşmaların ləğv ediləcəyini bəyan edib. Artıq bu çərçivədə bir neçə silahlı qruplaşma tərksilah olunub. Bura Türkiyənin tələbi ilə Suriyanın şimal-şərqində fəaliyyət göstərən PKK terror təşkilatına bağlı SDQ/YPG qruplaşmaları da daxildir. Ankara və Dəməşqin məsələ ilə bağlı anlaşdığı deyilir.

SDQ Suriya ordusuna inteqrasiya edəcəyini bildirsə də, daxildə “muxtar status”unu saxlamaq niyyətindədir.

Məsələnin bu gün Əhməd Şəranın Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə ediləcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər