12:35
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya qoşunları əhəmiyyətli itkilərə görə Rusiyanın Kursk bölgəsindən geri çəkilib. Onlar hazırda döyüş əməliyyatlarında iştirak etmirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap News” agentliyi məlumat yayıb.

“Cənubi Koreya kəşfiyyatı Ukraynaya qarşı döyüşlərdə iştirak edən Şimali Koreya əsgərlərinin cəbhə xəttindən geri çəkildiyini təsdiqləyən məlumatı yayıb. Bu, yanvarın ortalarında baş verib və bunun səbəbi isə böyük itkilərdir”,- məlumatda deyilir.

Qeyd edək ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək olmaq üçün təxminən 11 min əsgər göndərdiyi məlumdur.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər