4 Fevral 21:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hesabı 52-ci saniyədə yerli komandadan Oktay Rüstəmli açıb. 15-ci dəqiqədə Leandros Tankas bərabərlik qolunu vurub. Bundan sonra Azərbaycan yığması uzun müddət ikinci qol arayışına çıxıb. Lakin fürsətlər boşa verilincə, rəqib əks-hücumdan fərqlənməyi bacarıb. 38-ci dəqiqədə Marios Ntatis Yunanıstan millisini hesabda irəli çıxarıb. Bununla belə, meydan sahibləri bərabərlik qolunu vurmağa müvəffəq olublar. Görüşün sonuna 68 saniyə qalmış Spiridon Papakostas topu öz qapısına göndərib.

Beləliklə, Azərbaycan millisi qrupdakı üçüncü görüşündə də qələbə qazana bilməyib. Daha əvvəl Bakıda İsveçlə 3:3 hesablı heç-heçə, Zaqrebdə Xorvatiyaya 2:9 hesablı məğlubiyyət qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər