Hava şəraitinin kəskin pisləşməsi səbəbindən İstanbul Hava Limanında bu gün və sabah üçün bəzi reyslər ləğv edilib.
Teleqraf.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türk Hava Yollarının (THY) mətbuat müşaviri Yəhya Üstün məlumat verib.
Onun sözlərinə görə, güclü qar yağacağı ehtimal olunduğundan belə qərar verilib.
Üstün sosial media hesabından bəyan edib ki, sərnişinlər nəzərdə tutulan uçuşların ləğv edilməsi ilə bağlı dəqiq məlumatı THY-dən əldə edə bilərlər.