ABŞ Maliyyə Nazirliyinin qarşısında ABŞ-nin Hökumətin effektivliyinin arıtrılması üzrə qurum rəhbəri İlon Maska qarşı etiraz aksiyaları keçiriblər.
Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları Maskın ABŞ xəzinədarlığına çıxış imkanı əldə etməsindən narazıdırlar.
Sosial şəbəkələrdə hadisə yerindən foto və videolar yayılıb. Görüntülərə əsasən, aksiyada yüzə yaxın insan iştirak edib. Etirazçılar əllərində "İlonun çevrilişini dayandırın”, “Mask, pulumuzdan əlini çək” və “Heç kim İlonu seçməyib” sözləri yazılmış şüarlar tutublar.
Etirazçılar Maskın addımlarının onların sosial durumuna təsir edəcəyindən qorxurlar.
Xatırladaq ki, ABŞ-nin Hökumətin effektivliyinin arıtrılması üzrə qurum rəhbəri yüz milyonlarla dollar hökumət qrantlarının ləğv olunacağını vəd etmişdi.