Bundan daha gözəl, sevincli nə ola bilər ki?! Çünki neçə illər sonra öz elimizə, obamıza, doğma yurdumuza gəldik və mənim burada övladım dünyaya gəldi. Çox şükür!
Bu sözləri işğaldan azad edildikdən sonra Xocalı rayonunda dünyaya gələn ilk körpə Mehdinin atası 1996-cı il təvəllüdlü Məmmədov İlqar Mehdi oğlu Teleqraf.com-a deyib.
Gənc ata sevincinin həddi-hüdudunun olmadığını bildirib:
“Belə sevinc yaşayacağım heç vaxt ağlıma gəlməzdi. Bu, çox gözəl bir sevincdir. Yəqin o da atası kimi qəhrəman böyüyər. Bundan sonra həyatımız, Xocalımız daha da gözəl olsun. Vətənpərvər övladlar böyüdüb Xocalını canlandıraq, yaşadaq”.
Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olan İlqar Məmmədov hazırda ANAMA-da inzibatçı vəzifəsində çalışır.
O, ana və körpənin vəziyyətinin yaxşı olduğunu və biri gün evə buraxılacağını bildirib.
Qeyd edək ki, gənc ailə bu il yanvarın 25-də Xocalı rayonuna köçüb.