"Qarabağ" klubu sabiq legioneri Kadi Borgesi geri qaytarıb.
Teleqraf.com xəbər verir ki, "köhlən atlar"ın rəsmi səhifəsi bununla bağlı video paylaşıb.
Paylaşımda "Doğru zamanda doğru yerdə" şərhi əksini tapıb. Klub 28 yaşlı braziliyalı vingerlə 4 illik müqavilənin imzalandığını açıqlayıb.
Qeyd edək ki, Kadi Borges "Qarabağ"da 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək forma geyinib. O, 75 oyunda 28 qol vurmaqla bərabər, 2021/2022 mövsümündə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. "Sambaçı" daha sonra 2 milyon avro qarşılığında Rusiya "Krasnodar"ına keçib. 2024-cü ilin iyulunda isə o, Macarıstan "Ferentsvaroş"una transfer olunub.