Suriya Prezidenti Əhməd Şəra Ankaraya səfərə yola düşüb, onu xarici işlər naziri Hasan Şibani müşayiət edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yayıb.
Məlumatda Türkiyə Prezident Aparatının Şəra üçün təyyarə ayırdığı bildirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarını Ankarada rəsmi mərasimlə qarşılayacaq.
Səfər zamanı Suriyada baş verən hadisələr, iqtisadiyyatın bərpası, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək.
İkitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Şəra birgə mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, Əhməd Şəra ilk xarici səfərini ötən gün Səudiyyə Ərəbistanına edib.