ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ( MKİ ) bütün işçilərinə istefaya getməyi və təzminat almağı təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə The "Wall Street Journal" məlumat yayıb.
Xəbərdə deyilir: “Mərkəzi Kəşfiyyat İdarəsi bütün işçilərinə müavinət təklif edib. Məmurlarının fikrincə, bu, MKİ-ni Prezident Trampın prioritetlərinə, o cümlədən narkotik kartelləri ilə mübarizənin yeni üsullarına uyğunlaşdırmaq cəhdidir”.
Qeyd olunur ki, departament bu qərarı Trampın federal hökumətdəki ixtisarlar tələbi çərçivəsində qəbul edib.
MKİ-də eyni zamanda işə qəbul da dayandırılıb.