Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Mustafazadə Anar İbrahim oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilib.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, A.Mustafazadə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 24.01.2025-ci il tarixli əmri ilə Bakı şəhəri 272 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.