Ermənistanın Eçmiədzin şəhərinin (Üçkilsə - red.) “Komitas” meydanından ləğv edilmiş separatçı rejimin “bayrağı” götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, “bayraq” şəhər bələdiyyəsinin əmri ilə götürülüb.
“Hadisə gecə saatlarında baş verib. Bu gün səhər gördük ki, dəmir dirək çıxarılıb. Əsəbiləşib bələdiyyəyə getdik, qurumun yaşıllaşdırma idarəsinin əməkdaşı Mamikon bizə dedi ki, onlar sadəcə əmri yerinə yetiriblər”, - şəhər sakini Armen Aleksanyan “Hraparak”a söyləyib.
Aleksanyan bələdiyyənin işçilərinin götürdükdən sonra “bayrağı” cırdıqlarını bildirib.
Bələdiyyənin qərarından hiddətlənən bir qrup provokator qondarma bayrağı yenidən meydana qaytarıb.