17:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı yarımmüdafiəçi Julio Romao “Qarabağ” klubundan ayrılıb.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, o, komandanı tərk etmək qərarına gəlib.

Futbolçunun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.

Julio Romao və “Qarabağ” klubu məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Romao son zamanlar “köhlən atlar”ın düşərgəsini tərk edən ikinci braziliyalıdır. Bundan əvvəl Olavio Juninyo Braziliyanın "Flamenqo" klubuna transfer olunub.

Qeyd edək ki, 26 yaşlı futbolçu “Qarabağ”a 2022-ci ildə Portuqaliyanın “Santa Klara” klubundan transfer olunub.

Yarımmüdafiəçi “köhlən atlar”ın heyətində bütün turnirlər daxil olmaqla, 120 matç keçirib və 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Julio Romaonun bazar qiyməti hazırda 800 min avro təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər