00:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Rusiya ilə gəmi əleyhinə qanadlı raketlərin alınması üçün müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə respublika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

O, öz sosial şəbəkə hesabında yazıb ki, Yeni Dehlidə gəmi əleyhinə qanadlı raketlərin alınması üçün Rusiya ilə müqavilə imzalayıb.

MN təmsilçisinin sözlərinə görə, bu müqavilə Hindistan Hərbi Dəniz Qüvvələrinin sualtı donanmasının döyüş qabiliyyətini xeyli artıracaq. Lakin Hindistan Müdafiə Nazirliyi tədarük olunacaq raketlərin adını açıqlamayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər