17:08
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

“Mən ona cavab verə bilmərəm. Getsin işi ilə məşğul olsun. Vaxtilə onu düzgün yola gətirdik, indi belə olur”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Siyavuş Novruzov İmişli hadisələri ilə bağlı rayonun deputatları ilə söhbət etdiyini bildirib.

Milli Cəbhə Partiyasının sədri, İmişlidən olan deputat Razi Nurullayev isə bunu təkzib edərək, sosial media hesabında deputat Siyavuş Novruzovun ünvanına xoşagəlməz ifadələr işlədib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər