Yaponiyanın sərhədləri yaxınlığında üç Rusiya hərbi gəmisi görünüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” nəşri Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nəşr yazır: “Rusiyaya məxsus üç hərbi gəmidən, o cümlədən iki raket gəmisindən ibarət donanma Yaponiya yaxınlığında yerləşdirilərkən müşahidə edilib”.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, gəmilər Yaponiya dənizindən Şərqi Çin dənizinə doğru gedirmiş.