Dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznıya ikinci enişi yerinə yetirə bilməyib.
Teleqraf.com xəbər verir ki, araşdırma komissiyasının ilkin hesabatında belə deyilir.
Sənəddə bildirilir ki, hava gəmisinin kapitanı Bakıya qayıtmaq barəsində qərar verib. Bundan sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem itirməklə sıradan çıxıb.