09:47
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ-dəki erməni icmasının nümayəndələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, baş nazir görüşdə iştirak edənləri maraqlandıran bir sıra sualları cavablandırıb.

Paşinyan Ermənistan və ətrafında gedən proseslərə, eləcə də ölkəsində baş verən ideoloji dəyişikliyə toxunub.

Baş nazir çıxışında Ermənistan Respublikasının onun ali məqsədi olduğunu və bundan yüksək milli məqsəd ola bilməyəcəyini vurğulayıb:

“Ermənistan Respublikası məqsədə çatmaq üçün bir vasitədir, amma Ermənistan Respublikasının özü məqsəddir, ən yüksək məqsəddir”.

Görüş zamanı Paşinyan “Real Ermənistan” ideologiyasından (O, burada qonşu ölkələrə ərazi iddialarını istisna etdiyini iddia edir – red.) da danışıb.

“Məncə, həmin məğlubiyyəti (44 günlük müharibə) keçməklə müstəqil, suveren dövlətə sahib olmaq imkanı əldə etmişik”, - Paşinyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər