“Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabena Türkiyənin “Ankaragücü” klubunda debüt oyununda meydandan qovulub.
Teleqraf.com xəbər verir ki, Türkiyə I Liqasında XXII turun "Ümraniyespor"lə səfər matçının 88-ci dəqiqəsində 27 yaşlı hücumçu rəqib oyunçuya kəllə atdığı üçün qırmızı vərəqə alıb.
Yanvarın sonunda Macarıstan “Ferenşvaroş”undan icarəyə götürürmüş qanalı forvarda bu hərəkətinə görə əvvəlcə sarı vərəqə göstərilib. Lakin VAR-ın müdaxiləsi nəticəsində baş hakim vərəqənin rəngini qırmızıya dəyişdirib. Görüş "Ümraniyespor"un qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, Ovusu Kvabena 2022-ci ilin yayından 2023-cü ilin yanvarınadək "Qarabağ”da çıxış edib.