Qolan təpələri Yaxın Şərqdə ədalətin bərpası və uzunmüddətli sülhün əldə edilməsi baxımından hələ də həll olunmamış və itirilmiş ərazi kimi görünür.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“İsrail İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirir. İsrailin planlarında fələstinliləri Qəzza zolağından çıxarmaqla yanaşı, İordan çayının şimal-qərb sahilini tamamilə öz nəzarətinə almaq da var. Suriyanın Qolan təpələrini də əllərində saxlamaq istəyirlər”, - nazir qeyd edib.
Lavrov əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Qolan təpələrini İsrailin bir hissəsi olaraq rəsmi şəkildə tanıyıb.
“Bu vəziyyətə görə, Qolan təpələri ədalətin bərpası və davamlı Ərəb-İsrail nizamlanması baxımından itirilmiş torpaq sayılır”, - Rusiyanın baş diplomatı vurğulayıb.