4 Sentyabr 2018 13:37
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şərqində “Taliban” yaraqlılarının hücumu nəticəsində güc strukturlarının ən azı 16 əməkdaşı həlak olub, daha 15-i yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə 1TV telekanalı adı açıqlanmayan məmura istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, yaraqlılar Paktiya əyalətində sentyabrın 3-dən 4-nə keçən gecə hücuma keçiblər, döyüşlər yalnız bu gün səhər başa çatıb. Həlak olanlardan 13-ü hərbi qulluqçu, 3-ü isə polis əməkdaşıdır. Yaralananların isə hamısı hərbçilərdir.

Əyalətin qubernatoru faktı təsdiqləyib, əlavə edib ki, 28 yaraqlı zərərsizləşdirilib, daha 9-u yaralanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər