7 İyun 2019 12:55
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda dövlət adamlarına sui-qəsdə hazırlaşmaqda şübhəli bilinən silahlı dəstə üzvləri həbs edilib.

Teleqraf.com xəbər verir ki, 2001-ci ildə dövlət adamlarına sui-qəsd məqsədilə qurulmuş dəstəyə Stepan S. adlı şəxs rəhbərlik edib.

Ararat rayonundan olan Stepan S. və dəstənin digər üzvlərinə qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

İlkin dindirilmədən sonra məlum olub ki, dəstə üzvləri ayrı-ayrı vaxtlarda bir sıra dövlət adamına qarşı sui-qəsdə cəhd etsə də, baş tutmayıb.

Məsələ barədə əlavə məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər