3 Sentyabr 2019 00:43
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) keçmiş xarici işlər naziri və baş nazir Əhməd Davudoğlunu sıralarından uzaqlaşdırır.

Teleqraf.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, AKP-nin İdarə Heyəti Əhməd Davudoğlu, Ayhan Səfər Üstün, Abdullah Başcı və Səlcuq Özdağın partiya üzvlüyündən çıxarılması ilə bağlə tələbi intizam qurumuna göndərib.

Qeyd edək ki, son vaxtlar Türkiyə AKP-nin parçalanacağı iddiaları ilə çalxalanır. Türkiyə baş nazirinin keçmiş müavini, AKP-nin yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. Onun Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşdığı bildirilir. AKP-nin xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər