ABŞ-ın yeni prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza zolağına səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat yayıb.
“Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff İsrail və HƏMAS arasında atəşkəs razılaşmasını saxlamaq səyləri çərçivəsində Qəzza zolağına səfər etməyi planlaşdırır ”, - telekanal qeyd edib.
Xatırladaq ki, yanvarın 15-də Qətər, ABŞ və Misirin vasitəçilik səyləri sayəsində İsrail və HƏMAS Qəzzada israilli girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər.