Gənc rejissor, ssenarist Orxan Ağazadə bu ilki Berlin film festivalının "Berlinale Talents" proqramına seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə rejissor özü məlumat verib.
O bildirib ki, debüt tammetrajlı bədii film layihəsi olan "Məhbus" festivalın ssenari inkişafı proqramına dünya üzrə 10 layihədən biri kimi qəbul edilib.
Qeyd edək ki, Ağazadənin tammetrajlı docu-fiction janrında olan son filmi “Kinomexanikin qayıdışı” Almaniya-Fransa olmaqla iki ölkənin istehsalıdır.
Tammetrajlı film layihəsi “Məhbus” isə Kann Film Festivalının “Cinefondation Residency” ssenari inkişafı platformasına Azərbaycandan seçilmiş ilk layihədir. Bu layihə “LA PREVOTE” ssenari inkişaf proqramının namizədi, həmçinin Rotterdam Film Festivalının “Cinemart” kino marketinin iştirakçısı olub.