09:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Qazaxıstan sərhədində 5,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Zəlzələ Çinin Sintszyan-Uyğur Muxtar Rayonunun Karamay şəhərinin Bayjiantang rayonundan 51 km şərqdə qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 154 km aralıda olub.

Zəlzələnin intensivliyinə əsasən mütəxəssislər onu təhlükəli hesab ediblər.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər