Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryanı Yeni İl bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Putin bu məqsədlə keçmiş həmkarına məktub göndərib.
Məktubda deyilir:
“Rusiya dövlətlərimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafındakı töhfənizi yüksək qiymətləndirir”.
Köçəryanı Yeni İl və Milad münasibətilə təbrik edən Putin ona cansağlığı, dözüm və nikbinlik arzulayıb.